"Çin Ukrayna ilə bağlı ədalətli razılaşmaya ümid edir" - Vanq Yi

2025/02/1739683699.jpg
Oxunub: 533     09:37     16 Fevral 2025    
Çin hakimiyyəti Ukrayna böhranının həlli üçün ədalətli razılaşmaya ümid edir və sülhün bərpası səylərini dəstəkləyir.

Ordu.az-ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Andriy Sibiha ilə görüşündə deyib.

"Çin sülhü bərpa etmək üçün bütün səyləri dəstəkləyir. Ümid edirik ki, bütün tərəflər üçün məqbul olan ədalətli, davamlı və məcburi sülh sazişinə nail olacağıq", - deyə Çin diplomatı bildirib.

Vanq Yi qeyd edib ki, Pekin həmişə böhranın sülh yolu ilə həllinin tərəfdarı olub və buna nail olmaq üçün səylər göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ukrayna  


Bizi "telegram"da izləyin