Tramp Rusiya və Çinlə nüvəsizləşdirmə danışıqlarına başlamaq istəyir - ƏTRAFLI

2025/02/1739607207.jpg
Oxunub: 437     13:23     15 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiya və Çinlə “nüvə tərksilahı” danışıqlarına başlamaq və hər üç ölkənin müdafiə xərclərini yarıya qədər azaltmasını istəyir.

Ordu.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə keçirilən imza mərasimində gündəmə dair qiymətləndirmələr edib.

Tramp nüvə silahlarına nəzarət üzrə Rusiya və Çinlə danışıqlara hazır olduğuna işarə edib.

“Yeni nüvə silahları yaratmağımız üçün heç bir səbəb yoxdur, bizdə onsuz da kifayət qədər silah var. Dünyanı 50 dəfə, 100 dəfə məhv edə bilərsiniz. Biz yeni nüvə silahları yaradırıq, onlar da nüvə silahı yaradırlar”, - deyə ABŞ prezidenti qeyd edib.

Tramp ABŞ, Rusiya və Çinin müdafiə xərclərini yarıya qədər azaldacağına ümid etdiyini bildirib: “Hamımız daha məhsuldar olacaq başqa şeylərə xərcləyə biləcəyimiz çoxlu pulları bura, müdafiəyə xərcləyirik”.

ABŞ prezidenti deyib ki, o, Yaxın Şərq və Ukrayna ilə “hər şeyi yoluna qoyduqdan” sonra nüvə danışıqlarına daxil olmağı nəzərdən keçirəcək.

Tramp nüvə tərksilahına yanaşması ilə bağlı vurğulayıb: “İstədiyim ilk görüşlər Çin prezidenti Si (Cinpin-red.) və Rusiya prezidenti (Vladimir-red.) Putinlədir. Mən isə onlara demək istəyirəm ki, gəlin hərbi büdcəmizi yarıya qədər endirək. Biz bunu edə bilərik”.

Bu ölkələrin liderləri ilə üçtərəfli sammitin gündəmdə olub-olmayacağı ilə bağlı sualı cavablandıran ABŞ prezidenti Putin və Cinpin ilə üçtərəfli sammitin keçirilməsinə açıq olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Çin  


Bizi "telegram"da izləyin