Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

2025/02/1739594297.jpg
Oxunub: 384     07:07     15 Fevral 2025    
Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib.

Ordu.az “Le Matin” saytına istinadla xəbər verir ki, kursant sərxoş olduğu üçün bardan çıxarılıb. O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb. Xilasedicilərin məlumatına görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Kursant  


Bizi "telegram"da izləyin