ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Polşaya səfər edəcək

2024/12/1734150638.jpg
Oxunub: 469     20:54     14 Fevral 2025    
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yaxın günlərdə Varşavaya səfər edəcək və ölkə rəhbərliyi ilə görüş keçirəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Pentaqon rəhbəri Pit Heqsetlə görüşdən sonra Varşavada keçirilən mətbuat konfransında bildirib.

"ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloqun yaxın günlərdə Varşavaya səfərini gözləyirik", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kelloq   Polşa  


Bizi "telegram"da izləyin