ABŞ Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq

2025/02/1739545421.jpg
Oxunub: 428     18:13     14 Fevral 2025    
ABŞ Foreign Military Finance ("Xarici Hərbi Maliyyələşdirmə") proqramı çərçivəsində Polşanın hərbi ehtiyacları üçün 11 milyard dollar ayıracaq.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bu gün Pentaqon rəhbəri Pit Heqset ilə danışıqlardan sonra sosial şəbəkə paylaşım edib.

"11 milyard dollar məbləğində maliyyə dəstəyi Polşa Ordusunun transformasiyası və modernləşdirilməsinə birbaşa təsir edir və hərbi əməkdaşlığımızı gücləndirir", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin