NATO ölkələri müdafiəyə ÜDM-in 3 %-dən çox hissəsini ayırmalı olacaq

2024/02/1707988871.jpg
Oxunub: 451     17:34     14 Fevral 2025    
NATO üzvü olan ölkələr müdafiə xərclərini hazırkı 2 %-lə müqayisədə 3 %-dən çox artırmalı olacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Mark Rütte Münxen Təhlükəsizlik Konfransına gələrkən bildirib.

"Düşünürəm ki, bu, ÜDM-in ən azı 3 %-dən çox olacaq", - o, jurnalistlərin sualını cavablandırarkən söyləyib.

Baş katibin sözlərinə görə, hazırda alyans xərc səviyyəsini qiymətləndirir və bu məbləğ iyulda Haaqada keçiriləcək NATO sammitinə qədər müəyyən edilməlidir. "Biz daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər vəsait ödəmirik", - o əlavə edib.

Müdafiə xərclərinin artırılması NATO-da ən kəskin məsələlərdən biridir, çünki bunu ABŞ tələb edir. ABŞ Prezidenti Donald Tramp artıq bəyan edib ki, avropalılar müdafiəyə ÜDM-in 5 %-ni xərcləməlidirlər, Rütte isə alyans ölkələrinə iyulda Haaqada keçirilməsi planlaşdırılan sammitə qədər xərclərin yeni səviyyəsini müəyyən etməyi təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin