Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn sabah azad ediləcək. Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.
Məlumata görə, İsrail də öz növbəsində ömürlük həbsə məhkum edilmiş 36 fələstinli məhbusu azad edəcək.
Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı raundu olacaq. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.
Ordu.az