Kreml Çernobıl AES-ə PUA hücumu ilə bağlı ittihamları təxribat adlandırıb

2025/02/1739529720.jpg
Oxunub: 323     14:31     14 Fevral 2025    
Kreml Ukrayna tərəfinin Rusiya PUA-larının Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması məlumatına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyaya məxsus dronların gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması və qoruyucu sarkofaqı zədələməsi ilə bağlı ittihamlarını növbəti təxribat adlandırıb.

"Çox güman ki, söhbət növbəti təxribatdan, saxtakarlıqdan gedir. Kiyev rejimi məhz bunu sevir və bəzən etməkdən çəkinmir", - Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Çernobıl   PUA  


Bizi "telegram"da izləyin