ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib

2025/02/1739509396.jpg
Oxunub: 344     00:54     14 Fevral 2025    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

Ordu.az xəbər verir ki, eniş məlumatları “Flightradar24” saytı tərəfindən dərc olunub.

Təyyarədə Donald Tramp tərəfindən əfv edilən Rusiya vətəndaşı, kriptovalyuta investoru Aleksandr Vinnikin olduğu güman edilir.

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə həbs edilib. Həmin vaxt o, Yunanıstanda tətildə olub. FTB bildirib ki, rusiyalı 2010-2011-ci illərdə "BTC-E" vasitəsilə 4 milyard dollardan çox pul yuyulan cinayətkar təşkilatın liderlərindən biri olub. Vinnik özü ittihamları rədd edib və yalnız birja ilə məsləhətləşdiyini iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Moskva  


Bizi "telegram"da izləyin