Pentaqon rəhbəri: "Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır"

2025/02/1739292981.jpg
Oxunub: 458     22:41     13 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışarkən deyib.

Trampın danışıqlar aparmaq bacarığından danışan Heqset vurğulayıb ki, ABŞ Prezidenti gözlənilməz həll yolları tapmağı bacarır: “Bir çoxlarının illərlə dama oynadığı yerdə o, şahmat oynayır”.

Heqset Ukrayna üzrə danışıqların mümkün nəticələrindən danışarkən əlavə edib ki, kimsə istədiyini almayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Tramp  


Bizi "telegram"da izləyin