Kreml: Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək

2025/02/1739464522.jpg
Oxunub: 441     20:26     13 Fevral 2025    
Kiyev Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda bu və ya digər şəkildə iştirak edəcək, lakin Moskva ilə Vaşinqton arasında ikitərəfli dialoq da olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanala” müsahibəsində bildirib.

“Bu və ya digər şəkildə, əlbəttə ki, Ukrayna danışıqlarda iştirak edəcək. Bu dialoqun ikitərəfli Rusiya-Amerika treki də olacaq və bu, Ukraynanın iştirakı ilə bağlı olacaq”, - deyə o, Ukraynanın danışıqların tamhüquqlu iştirakçısı hesab edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ukrayna  


Bizi "telegram"da izləyin