ABŞ HHQ-dən “fil yürüşü”: 30 təyyarə eyni anda uçuş-enmə zolağına endi

2025/02/1739436636.jpg
Oxunub: 649     18:49     13 Fevral 2025    
2025-ci il yanvarın 31-də ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 1-ci Qırıcı Eskadrilyasından 24 ədəd F-22 “Raptor” və 6 ədəd T-38 “Talon” Virciniyadakı “Langley” aviabazasında dəstək təlimində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ HHQ-nin məlumatına görə, təlimin məqsədi parkın döyüşə hazır qüvvələrin sürətlə dünya üzrə yerləşdirilməsi qabiliyyətini yoxlamaq olub.

Təlim çərçivəsində 30 təyyarə “Langley” uçuş-enmə zolağında “fil yürüşü” (“elephant walk” - hərbi təyyarələrin uçuşdan əvvəl bir-birinə yaxın formada düzülməsi) kimi tanınan ssenarini həyata keçirib.

1-ci Qırıcı Eskadrilyası həm F-22, həm də T-38 təyyarələrinin saxlanılması və istismarına cavabdehdir, həmçinin ABŞ HHQ-nin yeganə F-22 Rəsmi Təlim Bölməsi kimi xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin