Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Akşit TEI-nin korvetlərdən tutmuş esmineslərə qədər döyüş gəmilərində geniş şəkildə istifadə edilən qaz turbin mühərrikinin təmiri tenderini qazandığını qeyd edib.
LM2500 Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Ada” sinfinə məxsus korvetlərində, “I” sinfinə məxsus freqatlarında və TCG “Derya” (A-1590) logistika dəstək gəmisində istifadə olunur.
Mühərrik, həmçinin TF-2000 AAW esmineslərində (CODOG konfiqurasiyası) və MUGEM aviadaşıyıcı gəmisində (COGAG konfiqurasiyası) istifadə olunacaq.
TEI 2025-ci il üçün ixrac hədəfini 450 milyon dollar olaraq təyin edib.
Akşit “Anadolu” Agentliyinə verdiyi əvvəlki açıqlamasında TEI-nin yeni beynəlxalq müqavilələrə hazırlaşdığını və bu məqsədə çatmaq üçün müxtəlif ölkələrlə çalışdığını bildirib.
Digər tərəfdən, TS1400 turboşaft mühərrikinin seriya istehsalı və TF6000/10000 turbofan mühərrikinin inkişafı kimi təyyarə mühərrikləri ilə bağlı araşdırmalar davam edir.
Sevinc Əliyeva
Ordu.az