Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rutte ABŞ-nin yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə olaraq qatılacağı Müdafiə Nazirləri toplantısı öncəsi mətbuata açıqlamalar verib.
“Anadolu” Agentliyinin Türkiyənin alyansın və xüsusilə Avropanın müdafiə sənayesinin gücləndirilməsi və həmçinin yeni ABŞ administrasiyasının da gündəmində olan Ukraynada sülhün təmin edilməsi mövzusunda oynaya biləcəyi rol haqqında mütəfiq nazirlərə hansı mesajlar verəcəyinə dair sualına Rutte belə cavab verib: “Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsiredicidir”.
İnnovasiya tərəfində yüzlərlə təşkilatın çalışdığını və Müdafiə Sənayesi Komitəsinin tərkibində minlərlə şirkətin olduğunu bildirən Rutte həm Ankara səfərində, həm də Brüsseldə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşdüyünü xatırladıb.
Baş katib sözünə davam edərək bildirib:
“Bu, həqiqətən də vacibdir və mən bilirəm ki, sizin Türkiyədə gördüyünüz işlər bizimlə və Avropadakı digər müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həqiqətən də Türkiyə sənayesi son məhsullar da daxil olmaqla, ən vacib hissələri təmin edir. Sizdən yalnız daha çoxunu istəyə bilərik”.
Rutte qeyd edib ki, o, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Türkiyə daxil olmaqla, bütün müttəfiqlərdən daha çox və daha sürətli istehsal gözləyir.
Sevinc Əliyeva
Ordu.az