Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Nurol Makina” tərəfindən verilən açıqlamaya görə, IDEX 2025 fevralın 17-21-də BƏƏ-nin Əbu-Dabi Milli Sərgi Mərkəzində keçiriləcək.
IDEX 2025 sərgisində “Ejder Yalçın” ailəsinin 12 personal daşımaq qabiliyyəti olan EWB versiyası ASELSAN “Nefer” 30 mm-lik Silah Sistemi ilə nümayiş etdiriləcək.
“Nurol Makina”nın flaqmanı olan “Ejder Yalçın”ın dünyanın bir çox ölkəsindən istifadəçiləri var.
Yüksək faydalı yük qabiliyyəti sayəsində istifadəçilərinə bir çox fərqli konfiqurasiya təqdim edən “Ejder Yalçın” üstün missiya imkanları ilə Avropa, NATO və BMT başda olmaqla, 10-dan çox ölkənin inventarındadır.
Sevinc Əliyeva
Ordu.az