“Türksat 3A”nı əvəz edəcək yeni peykin hazırlanmasına başlamışıq” - Ahmet Hamdi Atalay

2025/02/1739428983.jpg
Oxunub: 498     18:24     14 Fevral 2025    
“Türksat” 2021-ci ildən sonra kosmosa 3 yeni rabitə peyki göndərib”.

Ordu.az xəbər verir ki, bunu “Türksat” baş direktoru Ahmet Hamdi Atalay deyib.

Onun sözlərinə görə, dünyada 3-4 ildə 3 rabitə peyki buraxa bilən çox az sayda ölkə var.

“Səmadakı ən qədim peykimiz olan “Türksat 3A”nın nəzəri ömrü artıq tamamlandı. Hazırda daha bir neçə il istifadə oluna bilsə də, biz onu əvəz edəcək yeni peykin hazırlanmasına başlamışıq. Biz bu peykin yerli və milli olmasını hədəfləyirik”, - deyə Atalay qeyd edib.

Atalay “Türksat 6A”nın sınaqlarının son mərhələyə çatdığını və tezliklə xidmətə başlayacağını bildirib.

O, “Türksat 1A” ilə başlayan kosmos səyahətinin “Türksat 6A” ilə davam etdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türksat   Türkiyə  


Bizi "telegram"da izləyin