Kolumbiya inventarında olan KFIR təyyarələri ilə bağlı İsraillə razılığa gəlib

2025/02/2025--1739428469.jpg
Oxunub: 582     17:45     14 Fevral 2025    
Kolumbiya inventarında olan KFIR təyyarələrinə texniki qulluq və modernləşdirilməsi üçün İsraillə müqavilə imzalayıb.

Ordu.az “Army Recognition”a istinadən xəbər verir ki, Latın Amerikası ölkəsi Kolumbiya İsraillə yeni müqavilə imzalayıb.

Məlumata görə, rəsmi olaraq “260-00-A-Cofac-Codaf-2024” nömrəli müqavilə olaraq qeyd olunan razılaşma ilə Kolumbiya Hərbi Hava Qüvvələrinin inventarında olan IAI KFIR döyüş təyyarələrinə texniki qulluq və təmir xidmətləri göstəriləcək.

Ümumi dəyəri 7,2 milyon dollar olan müqavilənin 2026-cı ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.

İmzalanmış müqaviləyə əsasən, “Israel Aerospace Industries” (IAI) modernləşdirməyə rəhbərlik edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   KFIR  


Bizi "telegram"da izləyin