Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yaponiyanın iddialarına görə, Çin Yaponiyadakı ABŞ hərbi bazalarını vurmağa qadir orta mənzilli ballistik raketlərin sayını artırır, Şimali Koreya isə tez-tez Yaponiya yaxınlığındakı sulara buraxılan nüvə başlıqlı raketlər hazırlamağa davam edir.
Yaponiya Müdafiə Nazirliyi ölkənin bir çox adalarının müdafiəsində istifadə edilməsi nəzərdə tutulan “standoff” raketinin ABŞ-nin Kaliforniya bölgəsində 4 fərqli sınaqdan keçirildiyini açıqlayıb.
Raketin quru əsaslı olaraq inkişaf etdirildiyi və onun gəmi kimi digər platformalardan atılması üçün işlərin davam etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az