Ordu.az xəbər verir ki, birincisi 2023-cü ildə Böyük Britaniyada, ikincisi növbəti il Cənubi Koreyada və bu il Parisin ev sahibliyi ilə keçirilən sammitin təqdimat faylındakı açıqlamada Fransa prezidenti Emmanuel Makron böyük imkanlar gətirən bu texnologiyanın eyni zamanda haqlı narahatlıq doğurduğunu bildirib.
Makron SZ-nin gələcəkdə strateji müstəqillik üçün vacib olduğunu və bu sammitin etibarlı SZ-nin inkişaf etdirilməsi, faydalarının qlobal miqyasda paylaşılması, bu texnologiyanın resurslarına müstəqil çıxışın təmin edilməsi və beynəlxalq səviyyədə idarə olunması üçün çərçivənin yaradılması kimi hədəflərinin olduğunu bildirib.
Sammit çərçivəsində Fransa hökuməti texnologiya şirkətlərini SZ idarəetməsi, bu texnologiyanın biznes sektorundakı yeri, ümumi rifah üçün necə istifadə etmək, mədəniyyət və innovasiyalar, SZ texnologiyasına inam yaratmaq kimi məsələlərdə addımlar atmağa təşviq edib.
Sevinc Əliyeva
Ordu.az