Yunanıstan ordusunu modernləşdirir

2025/02/2025--1739352294.jpg
Oxunub: 465     18:12     13 Fevral 2025    
Yunanıstanın müdafiə naziri Nikos Dendias “Evelpidon” Hərbi Akademiyasında keçirilən “Müasir Döyüşçü” proqramının tanıtım tədbirində iştirak edib.

Ordu.az “Defence Review”a istinadən xəbər verir ki, proqram Yunanıstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təchizatını modernləşdirməyi və bunu hazırkı dəyişən döyüş meydanına uyğunlaşdırmağı hədəfləyir.

Modernləşdirmənin mümkün mərhələlərindən biri kimi yeni snayper tüfənginin alınması ilə döyüş gücünün artırılması planlaşdırılır.

Yunanıstan modernləşdirmələri uzunmüddətli müdafiə planına inteqrasiya edərək, ümumilikdə 204 milyon avro büdcə ilə maliyyələşdirəcək.

İlk tədarüklər 2026-cı ilin yayına planlaşdırılır, avadanlıqların 90%-nin Yunanıstan şirkətləri tərəfindən istehsal edilməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   MN   Ordu  


Bizi "telegram"da izləyin