Qəzzada 4 fələstinli öldürülüb

2025/02/1739113557.jpg
Oxunub: 441     19:04     09 Fevral 2025    
Qəzza şəhərinin şərqində İsrail Ordusunun bölmələrinin yerləşdiyi ərazi yaxınlığında fələstinlilərə atəş açılıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Fələstin mediası məlumat yayıb.

Nəticədə 3 nəfər ölüb.

Digər olay Xan Yunis şəhərinin şərqində, Əl-Karar qəsəbəsində baş verib. Nəticədə bir fələstinli qadın ölüb.

Qeyd edək ki, bundan öncə İsrail Ordusu fələstinliləri israilli hərbçilərin olduğu sərhəd və bufer bölgələrə yaxınlaşmamağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin