İraq və Mərakeş fələstinlilərin köçürülmə planını rədd edib

2025/02/c3626-1739078477.jpg
Oxunub: 503     08:39     09 Fevral 2025    
İraq və Mərakeş fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbulolunmaz hesab edirlər.

Ordu.az-ın “Hespress” portalına istinadən məlumatına görə, bunu Rabatda İraqın Baş nazirinin müavini, respublikanın xarici işlər naziri Fuad Hüseyn deyib.

“İraq və Mərakeş fələstinlilərin Qəzzadan köçürülməsi planını rədd etdikləri barədə razılığa gəliblər”, - bəyanatda bildirilir.

"Bu plan real təhlükədir, Fələstin məsələsini sadəcə qaçqın məsələsinə çevirmək riski daşıyır", - Hüseyn bildirib. Onun sözlərinə görə, plan Misir və İordaniya üçün problemlər yarada bilər.

"Bu plana qarşı çıxmaq üçün ərəb və İslam ölkələrinin vahid mövqeyinin formalaşdırılması üzərində işləmək lazımdır", - İraqlı nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Mərakeş   Fələstin  


Bizi "telegram"da izləyin