Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

2025/02/1738990413.jpg
Oxunub: 529     05:34     09 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampın korporativ vergi endirimləri Böyük Britaniyanın iqtisadiyyatına ağır zərbə vura bilər.

Ordu.az “The Telegraph”a istinadla xəbər verir ki, yeni iqtisadi modelləşdirməyə görə, D.Trampın planlaşdırdığı vergi azalmaları nəticəsində Britaniya iqtisadiyyatı 18 milyard funt sterlinq itirə bilər.

Tramp seçki kampaniyasında ABŞ korporativ vergisini əhəmiyyətli dərəcədə azaltmağı vəd edib və artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) minimal vergi sazişindən imtina etdiyini açıqlayıb. Bu sazişin məqsədi ölkələr arasında vergi rəqabətini azaltmaq idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Britaniya  


Bizi "telegram"da izləyin