Ruandanın BMT-dəki nümayəndəsi: "Konqo DR Ruandaya hücum etməyə hazırlaşır"

2025/02/1738646197.jpg
Oxunub: 553     23:44     07 Fevral 2025    
Ruanda hakimiyyəti Konqo Demokratik Respublikasının onlara qarşı kütləvi hücuma hazırlaşdığını və hərbi resursları sərhəddəki Qoma şəhəri ərazisində cəmləşdirdiyinə dair sübutlara malikdir.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ruandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Ceyms Nqanqo bildirib.

“Aydındır ki, bu şəraitdə Ruanda birbaşa təhlükə altında idi. Qomanın süqutu ilə Ruandaya genişmiqyaslı hücumun qaçılmaz olduğuna dair yeni dəlillər ortaya çıxdı”, – Nqanqo BMT-nin İnsan Haqları Şurasının fövqəladə iclasında deyib.

O qeyd edib ki, Konqo DR hökuməti və onun müttəfiq qüvvələri Qoma hava limanında və onun ətraflarında silah-sursat yığır.

“Biz Konqonun Ruandanı ölkələrinin şərqindəki qeyri-sabitliyə görə məsuliyyət daşıdığını göstərmək cəhdlərini qəti şəkildə rədd edirik”, – Nqanqo söyləyib.

Qeyd edək ki, Konqo DR rəsmiləri Ruandanın nəzarət etdiyi qruplardan Konqonun mineral sərvətlərini ələ keçirmək və onları istismar etmək üçün istifadə etdiyini iddia edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Ruanda  


Bizi "telegram"da izləyin