HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcək

2025/01/1737436002.jpg
Oxunub: 355     22:03     07 Fevral 2025    
Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır.

Ordu.az xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.

“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şərabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - o “Telegram” kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov  


Bizi "telegram"da izləyin