Ağ Ev bəzi KİV-lərlə müqavilələri ləğv etməyə çağırıb

2025/01/1736917955.jpg
Oxunub: 393     20:04     07 Fevral 2025    
Ağ Ev Ümumi Xidmətlər İdarəsinə Kütləvi İnformasiya Vasitələri ilə bütün əlaqələri kəsməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu haqda xarici KİV-lər Ağ Evin məktubuna istinadən məlumat yayıb.

Məktubda qeyd olunur ki, adıçəkilən qurum tamamilə bütün müqavilələri ləğv etməlidir.

“Ümumi Xidmətlər İdarəsinin komandası, zəhmət olmasa bu iki şeyi edin: birincisi “Politico”, BBC, “E&E”, “Bloomberg” ilə bütün müqavilələrinizə xitam verin, ikincisi müstəsna olaraq Ümumi Xidmətlər İdarəsinə aid olan KİV-lə bağlanmış müqavilələri ləğv edin”,- məktubun mətnində deyilir.

Qeyd edilir ki, bundan əvvəl Hökumət Effektivliyi İdarəsinin rəhbəri İlon Mask keçmiş hökumətin “Politico Pro” abunəliyinə milyonlarla dollar vəsait xərclədiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin