İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb

2025/02/1738943923.jpg
Oxunub: 410     19:57     07 Fevral 2025    
Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Polis  


Bizi "telegram"da izləyin