CENTCOM rəhbəri İsrail Baş Qərargah rəisi ilə görüşüb

2025/02/Ekran-1738941303.jpg
Oxunub: 457     18:50     07 Fevral 2025    
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) komandiri general Maykl Erik Kurilla İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı onlar, İsrail Müdafiə Qüvvələrinin (IDF) -nin yüksək rütbəli zabitləri ilə müzakirə aparıb, diqqəti hərbi əməkdaşlıq vasitəsilə Yaxın Şərqdə təhlükələrin aradan qaldırılmasına yönəldiblər.

Əlavə olaraq, yaxın və uzaq cəbhələrdə mümkün müxtəlif ssenarilər müzakirə edilib.

“IDF, ABŞ hərbi qüvvələri ilə münasibətlərini və əməkdaşlığını böyük əhəmiyyət və önəmli hesab edir və onu möhkəmləndirməyə davam edəcək”-deyə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   İsrail  


Bizi "telegram"da izləyin