Ursula fon der Lyayen: "Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək"

2024/12/1734673126.jpg
Oxunub: 405     18:13     07 Fevral 2025    
Avropa Komissiyası mart ayının ortalarına qədər Avropa İttifaqının (Aİ) müdafiəsinin gücləndirilməsi və müdafiə xərclərinin artırılması üzrə strategiyanı təqdim edəcək.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qdanskda Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.

"Biz strategiyanı hazırlayırıq və mart ayının ortalarında təqdim edəcəyik", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen    


Bizi "telegram"da izləyin