Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
"Qərbi Avstraliyanın parlamentinin yuxarı palatasının müstəqil deputatı Ben Dokinz ABŞ Prezidenti Donald Trampdan ilhamlanaraq rəsmi şəkildə soyadını Ostin Tramp olaraq dəyişdirib", - nəşr qeyd edib.
Siyasətçinin sözlərinə görə, bu addım hazırda parlamentdə çoxluğa malik olan mərkəzçi-sol Leyborist Partiyasına qarşı etiraz aktı olub. Parlamentin rəsmi saytında o, artıq "avstraliyalı Tramp" kimi qeyd olunub.
Siyasətçi, həmçinin adının dəyişdirilməsini təsdiqləyən sənədin fotoşəklini də dərc edib.
Ordu.az