Braziliyada baş verən təyyarə qəzasında iki nəfər həlak olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB

2025/02/1738929741.jpg
Oxunub: 606     17:23     07 Fevral 2025    
Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə San-Paulonun Yanğınsöndürmə Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"Təyyarə nəqliyyat vasitələrinin üzərinə düşüb. İki nəfər həlak olub, altı nəfər xəsarət alıb", - məlumatda bildirilib.

***

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

"Hadisə nəticəsində azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl San-Pauloda kiçik təyyarənin avtomobillərin üzərinə düşməsi barədə məlumat verilmişdi. Təyyarənin avtobusun üzərinə düşdüyü qeyd olunurdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin