Tramp İranı Pekin və Moskvaya doğru itələyir? – BAXIŞ BUCAĞI

2025/02/1738919585.jpg
Oxunub: 607     12:25     08 Fevral 2025    
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İrana təzyiqləri artırmaq siyasəti uğur qazana bilməz. O, ABŞ prezidenti Trampın İrana qarşı sanksiyalara nəzarəti gücləndirmək üçün rejim qurduğu fərmanına belə cavab verib.

Tramp İranın nüvə silahına sahib olmasının qəbuledilməz olduğunu bəyan edib. ABŞ prezidentinin sözlərinə görə, Tehran sövdələşməyə gedərsə və razılığa gələrsə, o, İran prezidenti ilə görüşməyə hazırdır. İrana qarşı bu ictimai təzyiq və sərt ritorika siyasəti praktiki olaraq İranın, belə demək mümkündürsə, müsbət reaksiyası perspektivini yaxınlaşdırmaqdansa, onu daha da çətinləşdirir.

Axı bu cür ritorika halında İran irəli gedibsə, aydındır ki, bu, Tehranın siyasi nüfuzu bahasına baş verəcək, çünki Trampın təzyiqinə boyun əymək alınacaq. İranın nüfuzu isə onsuz da Yaxın Şərqdə müəyyən qədər sarsılıb. Buna görə də Tramp açıq şəkildə İrana qarşı davranışını sərtləşdirəndə, böyük ehtimalla bu baş verəcək ki, Tehran daha tez-tez və daha çox Rusiya və Çinin yanında dəstək axtaracaq.

Tramp İranı Pekin və Moskvaya doğru itələyir? Tehran yanvarın 17-də Moskva ilə olduqca əhatəli və 20 il müddətinə strateji tərəfdaşlıq sazişi imzalayıb. Təbii ki, həmin saziş hələ ratifikasiya mərhələsindən keçməyib, lakin, məsələn, Trampın mahiyyətcə ultimatum xarakterli siyasəti sadəcə olaraq ratifikasiyanı sürətləndirə bilər.

Eyni zamanda, ABŞ prezidentinin Moskva və Pekinlə daha böyük sövdələşməyə çalışdığını nəzərə alsaq, o, belə bir vəziyyətə köklü şəkildə qarşı çıxmaya da bilər. Üstəlik, proses nəzərəçarpacaq dərəcədə başlayıb. Bu şəraitdə isə təbii olaraq İranın geosiyasi yeri də “müəyyənləşdirilməlidir”.

Görünür, ABŞ prezidenti ABŞ zonasında bu lokasiyanın rəsdiq edilməsinin qeyri-real perspektiv olduğunu düşünür, buna görə də bəlkə də bu məsələdə hansı qiymətin təklif olunacağından asılı olaraq, bu məsələni Moskva və Pekinlə müzakirələrin predmetinə çevirməyi üstün hesab edir.

Görünür, hamı İranın, belə demək mümkündürsə, kollektiv müqavimətini zəiflətmək üçün İsrailin Yaxın Şərqdə İranın təsiri altında olan bölgəyə güclü zərbələr endirməsində maraqlı idi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin