Tayvan ordusu “Abrams” tankları ilə təlimlərə başlayıb

2025/02/1738908938.jpg
Oxunub: 472     17:07     07 Fevral 2025    
Tayvan administrasiyasının ordusu rəsmi olaraq 2024-cü ilin dekabrında ABŞ-dən gələn ilk partiya M1A2T “Abrams” əsas döyüş tanklarının təliminə başlayıb.

Ordu.az xəbər verir ki, ABŞ-də təlim keçən tayvanlı hərbi təlimatçılar Tayvan administrasiyasının ordusunun qabaqcıl zirehli vasitələrlə təlimə başladığını açıqlayıblar.

Daha öncə ABŞ istehsalı olan köhnə tankları idarə edən hərbi qulluqçular “Abrams” tanklarının sahədə istifadəsinə, texniki xidmət tələblərinə və təhlükəsizlik protokollarına diqqət yetirərək, yenidən hazırlıq keçirlər.

Tayvanlı hərbi mənbənin bildirdiyinə görə, təlimlərdə əlavə gecikmələr olmasa, üçüncü nəsil tankların səhra döyüşündə istifadəsi bu ilin ikinci yarısında tam olaraq başlayacaq.

Tayvan administrasiyası “Abrams” tank operatorları üçün təlimi artırmaq məqsədilə Sinçju vilayətinin Xançjou bölgəsində yeni sınaq meydançası inşa edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Abrams  


Bizi "telegram"da izləyin