Ordu.az xəbər verir ki, Bihet Belçikada təxminən 8 ay davam edən koalisiya danışıqlarından sonra qurulan hökumətin nüvə enerjisi sahəsindəki planları ilə bağlı yerli mətbuata açıqlamalar verib.
Hökumətin ölkənin nüvə stansiyalarından elektrik enerjisi istehsalını 8 giqavata çatdırmaq istədiyinə diqqət çəkən Bihet bunun yarısının mövcud reaktorların işləmə müddətlərinin uzadılması, digər yarısının isə yeni nüvə stansiyalarının inşası ilə əldə edilməsinin hədəfləndiyini bildirib.
Belçikanın energetika naziri köhnə reaktorların fəaliyyət müddətlərinin mövcud təhlükəsizlik standartlarına uyğun olaraq uzadılması üçün intensiv işlərin aparılacağını bildirib.
Təkbaşına kiçik modul reaktorların qurulmasının Belçika üçün kifayət qədər tutumu təmin etməyəcəyinə işarə edən Bihet hansı nüvə texnologiyalarından istifadə ediləcəyini qiymətləndirəcəklərini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az