Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynada davam edən döyüş meydanındakı itkilərindən sonra bu ölkənin ordusu zirehli qüvvələrini təkmilləşdirmək üçün səylərini davam etdirir.
Bu araşdırmalar çərçivəsində Rusiyanın aparıcı tank istehsalçısı “UralVagonZavod” “Arena-M” APS ilə təchiz olunmuş tankları Rusiya ordusuna təhvil verir.
Məlumata görə, sistem tank əleyhinə idarə olunan raketlər (ATGM) və idarəolunan qumbaraatanlara (RPG) qarşı sağqalma qabiliyyətini artırmaq üçün hazırlanıb.
Rusiya hakimiyyəti tərəfindən ölkənin ən qabaqcıl əməliyyat tankı kimi təqdim edilən T-90M Ukraynada əhəmiyyətli itkilərə məruz qalıb.
Sevinc Əliyeva
Ordu.az