Fransa parlamenti hökumətə qarşı etimadsızlıq təklifini rədd edib

2025/02/thumb-1738782450.jpg
Oxunub: 521     23:18     05 Fevral 2025    
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) sol müxalifətin təklif etdiyi hökumətə etimadsızlıq barədə qətnaməni rədd edib.

Ordu.az xəbər verir ki, bununla bağlı səsvermənin nəticələri Milli Assambleyanın internet saytında dərc olunub.

Səsvermədə qətnamənin lehinə yalnız 128 parlament üzvü səs verib. Etimadsızlıq səsverməsi üçün isə Milli Assambleyanın 577 üzvündən ən azı 289-nun səsi tələb olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Etimadsızlıq  


Bizi "telegram"da izləyin