İranın birinci vitse-prezidenti: "Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər"

2025/02/1738757456.jpg
Oxunub: 471     16:09     05 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.

O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:

“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.

Bu günlərdə Donald Tramp Məsud Pezeşkianla görüşə hazır olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin