“Taliban” "Radio Begum" radiostansiyasını bağlayıb, əməkdaşlar həbs edilib

2025/02/b8486-1738756557.jpg
Oxunub: 476     15:39     05 Fevral 2025    
Əfqanıstan hakimiyyəti “Radio Begum” qadın radiostansiyasını bağlayıb və iki əməkdaşını həbs edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə radiostansiyanın nümayəndələri məlumat verib.

Onlar həmkarlarının tezliklə azad olunmasını tələb ediblər.

“Taliban” hökumətinin İnformasiya Nazirliyi bildirib ki, radiostansiyanın fəaliyyəti çoxsaylı pozuntular səbəbindən yoxlamalar nəticəsində dayandırılıb.

“Radio Begum”un bəyanatına görə, Baş Kəşfiyyat İdarəsinin nümayəndələri əməkdaşlarla birlikdə Kabildəki radiostansiyanın ofisində axtarış aparıblar. Əməliyyat zamanı kompüterlər, telefonlar və s. müsadirə edilib, həmçinin radiostansiyada işləyən iki kişi saxlanılıb. Bəyanatda qeyd olunub ki, saxlanılanlar rəhbər vəzifə tutmayıblar.

"Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq təşkilatı “Radio Begum”un fəaliyyətinə qoyulan qadağanın dərhal aradan qaldırılmasına çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin