Brüsseldə atışma baş verib, bir neçə metrostansiya bağlanıb

2025/02/1738754790.jpg
Oxunub: 494     15:15     05 Fevral 2025    
Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat verib.

Agentliyin məlumatına görə, şübhəlilər atışmadan sonra metro tunellərinə qaçıblar. Xəsarət alan olmayıb.

Polis hadisənin narkotiklərlə bağlı ola biləcəyi versiyasını araşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Atışma  


Bizi "telegram"da izləyin