İŞİD-lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır

2025/01/1737183162.jpg
Oxunub: 433     14:47     05 Fevral 2025    
Türkiyə, İraq, Suriya və İordaniya regionda İŞİD terror təşkilatı ilə mübarizə üzrə dördtərəfli mexanizm yaratmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, bu mexanizm, həmçinin ölkələr arasında ümumi sərhədlərin təhlükəsizliyini təmin edəcək.

"İlkin razılaşmalar artıq əldə olunub. Mexanizm çərçivəsində ilk görüş xarici işlər, müdafiə nazirlərinin və kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə “3+3” formatında İordaniyada keçiriləcək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Türkiyə   Fidan  


Bizi "telegram"da izləyin