Ordu.az xəbər verir ki, burada çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır prezident Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orbanın göstərdiyi güclü iradə ilə müdafiə sənayesi və innovasiyanı iki ölkə arasında əməkdaşlığın prioritet sahələri kimi müəyyənləşdirdiklərini bildirib.
Kacır müdafiə sənayesi sahəsində Macarıstan ilə işçi qrupunun yaradıldığını qeyd edib.
“Biz insansız hava və quru sistemləri, simulyasiya və təlim texnologiyaları, sınaq və innovasiya mərkəzləri kimi strateji sahələrdə yeni tərəfdaşlıqlar qurmaq üçün ilk addımları atdıq”, - deyə o vurğulayıb.
İlk nazirlər toplantısında Türkiyə-Macarıstan Müdafiə İnnovasiyası İşçi Qrupunu qurduqlarına diqqət çəkən Kacır iki ölkənin ortaq maraqlarına xidmət edəcək yeni əməkdaşlığın toxumlarını əkdiklərini bildirib.
Sevinc Əliyeva
Ordu.az