Ordu.az xəbər verir ki, “Qış Təlimi-2025” çərçivəsində Cümhuriyyət kəndi ərazisində Müdafiə Sənayesi Sərgisi açılıb.
Türkiyənin 16 müdafiə sənayesi şirkəti və 2 qurumunun texnologiyalarını nümayiş etdirdiyi sərgidə ilk dəfə təqdim edilən sistemlər, habelə təlimin döyüş atışı hissəsində istifadə olunacaq bəzi məhsul və sistemlər yer alır.
Sərgi iştirakçı ölkələrə pilotsuz uçuş aparatlarından helikopterlərə, döyüş gəmilərindən sursatlara, radioelektron mübarizə və radar sistemlərinə qədər bir çox sistemi inkişaf etdirən, istehsal edən və təhlükəsizlik qüvvələrinin xidmətinə təqdim edən Türkiyə müdafiə sənayesinin imkanlarını sahədə görmək imkanı verir.
Sərgidə Türkiyə Silahlı Qüvvələrinin və müasir orduların ehtiyaclarını qarşılamaq üçün “Makine ve Kimya Endüstrisi” (MKE) tərəfindən hazırlanmış yeni nəsil MKE-408 snayper tüfəngi və E-ARAZİ elektrik hibrid hərəkət sistemli ərazi vasitəsi təqdim edilib.
Lülə uzunluğu 736,6 mm, ümumi uzunluğu 1410 sm, çapı 10,36 mm x 77 olan və tənzimlənən tətik sisteminə malik olan MKE-408 2200 metrdən hədəfləri uğurla vura bilir.
İlk dəfə Müdafiə Sənayesi Sərgisində “Qış Təlimi-2025”də nümayiş etdirilən snayper tüfəngi tələbələrin də diqqət mərkəzinə düşüb.
Sevinc Əliyeva
Ordu.az