FNSS “Qış Təlimi-2025”də atəş dəstək vasitələri ilə iştirak edir

2025/02/1738747388.jpg
Oxunub: 582     16:22     05 Fevral 2025    
Türkiyə Silahlı Qüvvələrinin sərt qış şəraitində döyüş qabiliyyətini sınaqdan keçirmək və inkişaf etdirmək məqsədilə təşkil etdiyi “Qış Təlimi-2025” 20 yanvar-7 fevral tarixləri arasında keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Təlimdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün həyata keçirdiyi layihələr çərçivəsində əvvəlcə FNSS tərəfindən inkişaf etdirilən və tədarükləri həyata keçirilən UKTK Uzaqdan İdarə Olunan Tank Əleyhinə Qülləli “Kaplan” STA və ROKETSAN-ın KMC layihəsi üçün seçilən “Kaplan” KMC vasitələri iştirak edir.

Xüsusilə tank əleyhinə və idarə olunan raket daşıyıcıları kimi əməliyyatlarda istifadə üçün nəzərdə tutulmuş STA-lar yüngül zirehli döyüş vasitəsinin hərəkətliliyini və taktiki manevr qabiliyyətini artırılmış müdafiə və atəş gücü ilə birləşdirərək, çoxyönlü və çevik platformalar kimi xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə   FNSS  


Bizi "telegram"da izləyin