Ordu.az xəbər verir ki, sərgidə “Meteksan Savunma” inkişaf etdirdiyi texnologiyaları ziyarətçilərinə təqdim edib.
Şirkətin sosial media hesablarında edilən paylaşımda qeyd olunub:
“İlk gününü tamamladığımız Qars Qış Təlimində texnologiyanın, milli istehsalın və hər zaman ən yaxşısını inkişaf etdirməyin qürurunu ziyarətçilərimizlə paylaşdıq. Stendimizi qürurlandıran bütün ziyarətçilərə təşəkkür etmək istərdik”.
Türkiyə Silahlı Qüvvələrinin Qarsda təşkil etdiyi “Qış Təlimi-2025” davam edir. 20 ölkənin iştirak etdiyi təlimdə Türkiyə Silahlı Qüvvələrinin sərt qış şəraitində döyüş qabiliyyəti də sınaqdan keçirilir.
Təlim çərçivəsində açılan Müdafiə Sənayesi Sərgisində Türkiyənin 16 müdafiə sənayesi şirkəti və 2 qurumun texnologiyaları nümayiş etdirilir.
Sevinc Əliyeva
Ordu.az