Ordu.az xəbər verir ki, sazişlər üçüncü ölkələrə birgə investisiyalar və əməkdaşlığa aiddir.
Türkiyə milli müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib.
Səfər çərçivəsində Gülər Qətər Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud Bin Əbdülrəhman Bin Həsən Bin Əli Al Tani ilə görüşüb və hərbi mərasimlə qarşılanıb.
Görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq müzakirə olunub.
Görüşdən sonra Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT A.Ş. və MKE A.Ş. ilə Qətər Müdafiə Nazirliyinə bağlı olan “Barzan Holding” arasında müdafiə və investisiya sahələrini əhatə edən əməkdaşlıq protokolları imzalanıb.
Sevinc Əliyeva
Ordu.az