“Kaan”da proses elan edildi: 6 prototip yoldadır!

2025/02/1738746971.jpg
Oxunub: 573     15:30     05 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün “Kaan” layihəsinin planlaşdırıldığı kimi irəlilədiyini bildirib.

Ordu.az xəbər verir ki, uçuş 2025-ci ilə planlaşdırıldığı halda, 6 sınaq təyyarəsi kütləvi istehsal prosesini sürətləndirəcək.

Türkiyə MSK sədri Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı çərçivəsində mətbuat mənsubları ilə görüşüb. Görgün “Kaan” layihəsi ilə bağlı açıqlamalar verib.

Milli Döyüş Təyyarəsi “Kaan”ın inkişaf prosesinə toxunan Görgün hər şeyin planlaşdırıldığı kimi getdiyini bildirib.

Hər şeyin vaxtında getdiyini, hətta bəzi proseslərin vaxtından bir qədər irəli getdiyini müşahidə etdiklərini bildirən Görgün ən qısa zamanda “Kaan”ın Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcəyi gün üçün əzmlə çalışdıqlarını deyib.

“6 təyyarə kütləvi istehsala gedən yolda proseslərimizi sürətləndirəcək. Hər birinin fərqli funksiyaları və sınaq fəaliyyətləri olacaq. İlk istehsal edilən təyyarələr, eləcə də ikinci, üçüncü və sonrakı təyyarələr üçün uçuş fəaliyyətləri 2025-ci ilə planlaşdırılır. Bunları yeri gələndə paylaşacağıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Kaan  


Bizi "telegram"da izləyin