XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir

2025/02/1738745475.jpg
Oxunub: 314     12:38     05 Fevral 2025    
Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərini davam etdirəcək.

Bu barədə Ordu.az krallığın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir.

XİN vurğulayır ki, krallığın vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Al Səud bu mövqeyi əvvəllər 2024-cü ilin sentyabrında doqquzuncu çağırış Şurasının birinci sessiyasının açılışındakı çıxışında birmənalı şəkildə təsdiqləyib.

Nazirlikdən bildirilib ki, krallıq həmçinin Fələstin xalqının qanuni hüquqlarına qarşı hər hansı müdaxiləni qeyd-şərtsiz rədd etdiyini təsdiqləyir.

"Bu gün beynəlxalq ictimaiyyət öz torpağını tərk etmək niyyətində olmayan Fələstin xalqının humanitar əziyyətini yüngülləşdirməyə borcludur. Səudiyyə Ərəbistanı Krallığı vurğulayır ki, bu sarsılmaz mövqe müzakirə və kompromis mövzusu deyil. Fələstin xalqının beynəlxalq qətnamələrə uyğun olaraq qanuni hüquqları təmin edilmədən davamlı və ədalətli sülhə nail olmaq mümkün deyil, bu, həm əvvəlki, həm də indiki ABŞ administrasiyasının diqqətinə çatdırılıb", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Fələstin  


Bizi "telegram"da izləyin