Abbas Araqçi: ABŞ üçün əsas məsələ İranın nüvə silahı əldə etməməsidirsə, bunu həll etmək olar

2025/02/1738743904.jpg
Oxunub: 461     12:22     05 Fevral 2025    
ABŞ-nin maksimum təzyiq siyasəti keçmişdə uğursuzluğunu sübut edib.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.

“Maksimum təzyiq uğursuz təcrübədir və onun təkrarlanması başqa bir uğursuzluğa səbəb olacaq. Əgər əsas narahatlıq İranın nüvə silahı əldə etməməsini təmin etməkdirsə, buna nail olmaq olar və heç bir problem yoxdur”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana maksimum təzyiqin bərpası üçün sərəncam imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin