Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almağı planlaşdırır.
“La Razon”un xəbərinə görə, satınalma prosesi iki mərhələdə olacaq. İlk olaraq Böyük Britaniyadan 20 təyyarə, daha sonra isə yeni istehsal olunmuş 20 təyyarə inventara qəbul ediləcək.
İlk tədarüklərin 2026-cı ildə başlanması, 2030-cu ilə qədər tam əməliyyat gücünə çatması planlaşdırılır. Britaniyanın “Tranche 1 Eurofighter Typhoon” döyüş təyyarələrinin bir hissəsini inventarından çıxarmaq istədiyi də məlum idi.
“Eurofighter Typhoon” Almaniya, Britaniya, İtaliya və İspaniya tərəfindən istehsal edilən dördüncü nəsil döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri “Meteor” “hava-hava” raketləri ilə təchiz etməyi planlaşdırır. MBDA tərəfindən inkişaf etdirilən “Meteor” raketi 100 km-dən çox mənzilə malikdir və “ramjet” mühərrik texnologiyası sayəsində uzun məsafələrdə yüksək sürətini saxlaya bilir.
Raketin aktiv radar idarəetməsi hədəfin manevr etməsinə baxmayaraq, vurulmasına imkan verir. Bu kontekstdə “Meteor” eyni vaxtda birdən çox hədəfə hücum etmə qabiliyyəti ilə hava döyüşlərində əhəmiyyətli bir üstünlük təmin edir. Fransanın Türkiyəyə “Meteor” raketlərinin satışını təsdiqlədiyi və bu satışın baş tutması üçün Britaniyanın da təzyiq etdiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az