ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Yaponiyada məcburi eniş edib

2025/02/1738730659.jpg
Oxunub: 337     09:43     05 Fevral 2025    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Yaponiyanın Matsuyama şəhərinin (Ehime prefekturası) hava limanına məcburi eniş edib.

Ordu.az-ın Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, təyyarələrin növü hələlik dəqiqləşdirilməyib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Yaponiyada ABŞ hərbi təyyarələri ilə bağlı bu kimi insidentlər vaxtaşırı baş verir və bu hallar yerli sakinlər və regional hakimiyyət orqanları arasında narazılığa səbəb olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin